Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

Hüquq müdafiəçiləri yoxlama zamanı məhbuslara işgəncələr verildiyini deyirlər


Səs: Real audio
Robotlar Amerika ordusunun əsas zərbəçi qüvvəsi olacaq Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi fevralın 20-də 2, 6, 12 və 13 saylı cəzaçəkmə yerlərində və Qobustan həbsxanasında əməliyyat keçirib.



Ədliyyə, daxili işlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, həmin cəzaçəkmə yerlərində ayrı-ayrı məhkumlara xüsusi imtiyazlar verildiyi, qadağan olunmuş əşyalar saxlandığı üzə çıxıb.



Hüquq müdafiəçilərinin həmin cəzaçəkmə yerlərində saxlanan məhbuslara istinadən verdikləri məlumata görə, əməliyyat keçirilərkən məhbuslar işgəncələrə məruz qalıblar.



Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, 12 saylı koloniyada saxlanan ADP-nin baş katibi Sərdar Cəlaloğlunun verdiyi məlumata görə, əməliyyat zamanı daxili qoşunlar dəhliz yaradıblar, dustaqlar oradan keçəndə hər iki tərəfdən onları rezin dəyənəklə döyüblər.



Hüquq müdafiəçisi Murad Sadəddinov 13 saylı koloniyada baş verənlər haqqında deyir ki, burada saxlanan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu təzyiqlərə məruz qalıb. Məhbusların əksəriyyətinə isə işgəncə veriblər.



Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəis əvəzi Nazim Ələkbərov bizə bildirdi ki, adıçəkilən cəzaçəkmə yerlərindəki tədbirlər qanunauyğun keçirilib.



Nazim Ələkbərovun sözlərinə görə, Rauf Arifoğlu, Sərdar Cəlaloğlu və başqa məhbuslara təzyiqlər göstərilməyib. Əməliyyat cəzaçəkmə yerlərini «oğru qanunları» ilə idarə etmək istəyənlərə qarşı olub.



Müstəqil hüquqşünas İsaxan Aşurov bildirir ki, cəzaçəkmə yerlərində əməliyyat keçirilə bilər, ancaq məhbuslara işgəncələr verilməməlidir.



Fevralın 15-də 11 saylı koloniyada bir qrup məhbusun qiyamı yatırılandan sonra cəzaçəkmə yerlərində daxili rejim qaydaları gücləndiriilb. Qiyamçı məhbuslar isə ayrı-ayrı təcridxanalara göndərilib, onlara qarşı cinayət işi qaldırılıb.



Yaxınlarının verdiyi məlumatlara görə, onlar üçün saxlandıqları təcridxanalarda ərzaq da qəbul olunmur.
XS
SM
MD
LG