Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

“Rusiya kinosu həftəsi” başlandı


Səs: Real audio
“Bir ulduz batanda, o biri doğur” Azərbaycan Mədəniyyət Nazirliyi ilə Rusiya Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyinin birgə təşkil etdiyi kino həftəsi ərzində “Araz” kinoteatrında 8 film nümayiş etdiriləcək.



Bunlar sırasında Yaropolk Lapşinin “Sel”, Tatyana Voronetskayanın “Cadugərin resepti”, İqor Maslennikovun “Timur və onun komandası”, Nikolay Solovtsovun “Vasyeqon canavarı”, "Rin – ikona haqqında əfsanə" və "Gecə zəngi" ekran əsərləri var.



Azərbaycandan olan Murad İbrahimbəyovun çəkdiyi iki film də kinosevərlərə təqdim olunacaq. Tamaşaçılar 1992-ci ildə çəkilmiş "Buğaların qızıl valsı" və 2003-cü ildə Venetsiya kinofestivalında “Bürünc şir” mükafatına layiq görülən “Neft” sənədli filmi ilə tanış olacaqlar.



Filmlər Rusiya Kinosunun İnkişafına Yardım Fondu tərəfindən seçilib. Fondun rəhbəri Mixail Alekseyev də kino həftəsi boyunca Bakıda olacaq. Hər gün saat 18.00-da başlanacaq seanslara giriş pulsuzdur.



“Rusiya kinosu həftəsi" fevralın 20-də başa çatacaq.
XS
SM
MD
LG