Keçid linkləri

2026, 07 Mart, şənbə, Bakı vaxtı 07:52

Komissiya üzvləri yorğunluqdan şikayətləniblər

23 saylı Nəsimi Seçki Dairəsinin 12 və 19 saylı seçki məntəqələrində seçicilərin 55 faizi səsvermədə iştirak edib.

Əməkdaşımız Aygün Muradxanlı deyir ki, 12 saylı məntəqə komissiyasının üzvləri yorğunluqdan şikayətləniblər:

«Onlar dedilər ki, səhər saat 7-dən axşam 7-yə kimi səsvermə keçirmək, sonra da bülletenləri saymaq çətindir. Gərək iki komanda işləyəydi».
XS
SM
MD
LG