Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Aspirantura doktorantura ilə əvəz edilir


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Fevralın 8-də Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komisiyasının toplantısında Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və digər müvafiq strukturların rəhbərlərinin də iştirakı ilə təhsil haqqında qanun layihəsində əsasən universitet rektorlarının seçki ilə müəyyən olunması, dövlət təhsil müəssisələrinə maliyyə müstəqilliyinin verilməsi və sairə məsələlər müzakirə edildi. 20-ci və 24-cü maddələr- yəni elmi dərəcələr və ali təhsil müəssisələrinə qəbul məsələsi isə daha geniş debatlara səbəb oldu. Millət vəkilləri qanun layihəsinin indiyə qədər Milli Məclisin müzakirəsinə çıxarılmamasına da məhz bu 2 maddənin səbəb olduğunu dedilər. Yeni qanun layihəsinin 20-ci maddəsində aspirantura doktorantura ilə əvəz edilir.

Yəni magistraturadan sonra təhsilini davam etdirənlər doktoranturaya daxil olacaqlar və oranı bitirdikdən sonra onlara elmlər namizədi yox, fəlsəfə doktoru elmi dərəcəsi veriləcək. 24-cü maddədə isə ali məktəblərə qəbul imtahanı verənlərin bilik səviyyəsinin müvafiq icra hakimiyyəti tərəfindən Vahid Milli Test üsulu ilə qiymətləndirilməsi nəzərdə tutulur. Bu qiymətləndirmənin nəticəsindən asılı olaraq abituryent təhsil müəssisəsini və ixtisası müstəqil seçir.

Milli Məclisin Ellm və Təhsil Məsələləri Daimi komissiyasının sədri Şahlar Əskərov ali məktəblərə qəbul imtahanlarının Qazaxıstandakı kimi Vahid Milli Test usulu ilə aparılmasına tərəfdar olduğunu deyir. O, Vahid Milli Test usulunun nə demək olduğunu belə izah edir:

«Test ləğv olunmur. Onun əhatə dairəsi genişlənir. Orta məktəbi bitirənlərin verdikləri imtahanla da ali məktəbə qəbulu nəzərdə tutulur. Yəni həmin qiymətlərdən istifadə ediləcək. Onlar bir də əlavə imtahan verməyəcəklər».

TQDK-nın sədri Məleykə Abbaszadə isə ali məktəblərə qəbulun bu qayda ilə aparılmasını məqbul saymır. Onun fikrincə orta məktəbi bitirərkən verilən imtahanla ali məktəbə qəbul üçün verilən imtahanlar tamamilə başqa –başqa məqsədlər üçün həyata keçirilir. TQDK-nın sədri deyir ki, gah Rusiya, gah da Qazaxıstan modellərini təklif eləməkdənsə, Azərbaycanın bu sahədəki 13 illik təcrübəsini təhlil eləmək daha məqsədəuyğun olardı. Məleykə Abbaszadənin fikrincə, ümumiyyətlə qəbul imtahanları ilə ilə bağlı hər hansı dəyişikliyi cəmiyyətə xeyli əvvəl xəbər vermək lazımdır ki, insanlar çaşıb qalmasınlar.

TQDK sədrinin bu fikri ilə Təhsil Naziri Misir Mərdanov da razılaşdı. O dedi ki, qəbul qaydalarında edilə biləcək dəyişikliklərin hətta 2 il əvvəldən ictimaiyyətə bildirilməsi zəruridir.

Milli Məclisin Elm və Təhsil Məsələləri Daimi Komissiyası sədrinin müavini, Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov isə umumiyyətlə ali məktəblərə qəbul imtahanlarının ən ideal variantının onun universitetlərin özündə aparılması olduğunu deyir. «Bəy dediyin nədi, bəyənmədiyin nədi. Əgər ali məktəbdirsə deməli imtahanı da özü götürməlidir».

Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov belə deyir.

Vitse - spiker Arif Rəhimzadə isə bu fikirlə razılaşmır. O, qəbul imtahanlarının bir təşkilat tərəfindən aparılmasına tərəfdar olduğunu deyir və əlavə edir ki, Azərbaycanda demokratik ənənələr öz yerini tam tutmayıb. Ona görə də qəbul məsələsində də yerlibazlıq, qohumçuluq, rüşvət və sair kimi neqativ hallar hələ də mövcuddur. Arif Rəhimzadənin fikrincə, bir qurumda bütün bunların qarşısının alınmasına nəzarət etmək daha asındır nəinki 50-yə qədər ali məktəbdə.

Arif Rəhimzadənin fikrincə, bütövlükdə vahid dövlət imtahanı məsələsi həll edilə bilsə, bu Azərbaycanın təhsil sistemində növbəti və müsbət mərhələ ola bilər. Ancaq bu məsələdə orta məktəbin və abituryentin təh
XS
SM
MD
LG