Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

“Saatlı” teploxodu qumdan çıxarıldı


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Mahaçqalanın Çyornı Kamen ərazisində qumluğa batmış Azərbaycanın “Saatlı” teploxodu doqquz gündən sonra dənizə çıxarıldı.



Bu məlumatı Mahaçqala Beynəlxalq Ticarət Limanının kapitanı Valentin Kovalenkov təsdiqlədi. O bildirdi ki, fevralın 6-dan başlayan xilasetmə əməliyyatı bu gün səhər başa çatıb.



Xəzərdə baş vermiş fırtına nəticəsində dalğalar 20 nəfər heyət üzvü olan “Saatlı” teploxodunu yanvarın 30-da səhər tezdən sahilə çıxararaq qumluğa batırmışdı. Heyət üzvlərindən xəsarət alan olmamışdı.



Teploxodu xilas etmək üçün həmin əraziyə gedən “Oqtay Vəliyev” yükçəkən gəmisini də qasırğa sahilə atmışdı. Bir neçə gündən sonra yükçəkən gəmi Rusiyaya məxsus “Favorit” gəmisinin köməyi ilə xilas olmuşdu. Amma hava şəraitinin kəskinliyi və xilasetmə əməliyyatının çətinliyi “Saatlı” teploxodunu qumluqdan çıxarmağa imkan vermirdi. Nəhayət, beş metr qumluğa batmış teploxodun ətrafında və qarşısındakı qumluğu xüsusi qurğuların köməyi ilə təmizlədikdən sonra onu dənizə çıxarmaq mümkün olub.



Mahaçqəala Beynəlxalq Ticarət Limanından bizə onu da bildirdilər ki, xilaetmə tədbirlərində azərbaycanlı dənizçilərə Rusiyaya məxsus iki gəmi və dağıstanlı həmkarları yaxından kömək ediblər.
XS
SM
MD
LG