Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:07

Dünya Bankı Azərbaycanda şəffaflığın tam təmin olunmadığı qənaətindədir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Dünya Bankının hesablamalarına görə, Azərbaycandakı vəziyyəti nə nisbətən güclü, nə də ki zəif hesab etmək olar.



Ölkənin siyasət və institusional baxımdan qiymətləndirilməsi nəticəsində müəyyən olunub ki, yalnız makroiqtisadi idarəetmə, pul və dövlət borcu siyasəti dünya standatlarına uyğun aparılır. Bundan əlavə, ticarət siyasəti də güclü sayıla bilər. Digər sahələr isə daha zəif hesab edilib.



Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Tünzalə Rafiqqızı hesablamaların Dünya Bankı ekspertlərinin apardığı monitorinqlərə əsaslandığını deyir.



Dünya Bankının qiymətləndirilməsinə əsasən, digər sahələrə nisbətən dövlət strukturunun idarəedilməsi zəif təşkil olunub. Əsas problemlər dövlət idarəçiliyinin keyfiyyəti, korrupsiyanın aradan qaldırılması və şəffaflığın təmin olunmasıdır.



Digər məqam sosial sahədə bərabərliyin təmin olunmaması ilə bağlıdır. Yəni, Azərbaycanda dövlət resurslarının istifadəsində bərabərlik və sosial müdafiə nisbətən zəif təmin olunan sahələrdir.
XS
SM
MD
LG