Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Sələfiləri «vəhhabi» adlandırmaq düzgün deyil


Polis şöbəsində saqqalları qırxılmış dindarlar, 25 avqust 2008
Polis şöbəsində saqqalları qırxılmış dindarlar, 25 avqust 2008
Bakıda «Əbu-Bəkr» məscidində partlayışdan sonra sələfilərə qarşı münasibət necədir? Niyə sələfilər özlərini digərlərindən fərqləndirirlər? Və nədən digər məzhəb sahibləri onlarla razı deyil? Bu və mövzu ilə bağlı digər suallara «İslam və demokratiya»nın qonağı - BDU ilahiyyat fakültəsinin məzunu, əsasən sələfilərin ibadət etdiyi «Əbu-Bəkr» məscidinin camaatına xüsusi rəğbəti olan Əkrəm Həsənov cavablandırır.

Ə.Həsənov deyir ki, sələfilərin «vəhhabi» adlandırılması düz deyil:

«Əgər bu sözlə Məhəmməd ibn Əbdül Vəhhabi nəzərdə tuturlarsa, düzgün etmirlər. Çünki o, əsl İslamın dəvətini insanlara çatdırıb. «Əbu-Bəkr»ə gələn camaata vəhhabi demək doğru yanaşma deyil, bu, iftiradır. Onlar sələfilərdir».

Əkrəm Həsənovun sözlərinə görə, sələfilər üçün Məhəmməd Peyğəmbər ən böyük sələfdir.

«Lakin bütün dünyada, eləcə də Azərbaycanda özünü sələfi adlandıran, amma radikallığa meylli olan gənclər var. Mən özüm bütün məscidlərə gedirəm – istər şiə, istər sələfi məscidlərində olsun, elə «Əbu-Bəkr»in özündə də heç bir məzhəb nümayəndəsinə artıq söz deyilmir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG