Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq --“Tayms”
İndi Viktor Yuşenko qarşısında iki mühüm tapşırıq durur: Ukraynanın pravoslav, rusdilli şərqi ilə münasibətləri sahmana salmaq və küskün Vladimir Putini Ukraynanın Rusiyaya arxa çevirməyəcəyinə inandırmaq.
Moskvada Putinlə danışıqlar zamanı Yuşenko dost münasibətlərin bərpasına çalışacaq. Elə Putin də buna çalışmalıdır. Ukrayna seçkilərində səhv buraxdığına görə o, yalnız özünü qınamalıdır.
Rusiyanın daha açıq və demokratik Gürcüstan və Ukraynayla ixtilafa düşməsinə heç bir əsas yoxdur.
--“İndependent”
Hər iki ölkə üçün qazanıb itiriləcək çox şey var. Rusiya Ukraynanın başlıca ticarət tərəfdaşı və neft-qaz təchizatçısıdır. Şərqi Ukrayna əhalisinin əksəriyyəti rusdillidir.
Bundan başqa, Ukraynanın Sevastopol limanı Rusiya Qaradəniz donanmasının əsas bazasıdır. Bu səbəbdən, Moskva Yuşenkodan bazanın icarə müqaviləsinin qüvvədə saxlanılacağına dair zəmanət almağa çalışacaq.
--“Frankfurter Alqemayne Tsaytunq”
İki aydan sonra Çeçenistan Moskvadan faktiki olaraq azad və müstəqil olacaq. Bu məlumatı Çeçenistan Dövlət Şurasının sədri Taus Cəbrailova istinadən bu günlərdə “Nezavisimaya qazeta” yayıb.
İddia olunur ki, Rusiya Federasiyasının digər subyektləriylə müqayisədə Çeçenistana daha çox müstəqillik veriləcək.
Amma politoloqları qorxudan bundan şirniklənən digər federasiya subyektlərinin də Çeçenistan kimi geniş hüquqlar tələb edəcəyidir.
--“Deyli Teleqraf”
ABŞ prezidenti Corc Buş inauqurasiya zamanı bildirib ki, yaxın 4 ildə məqsədi Yer üzündə demokratiyanı inkişaf etdirməkdir.
Əfqanıstan və İraqda demokratiyanın bərqərarı müşkülə çevrilib. Buş isə nəzərlərini artıq Kuba, Myanma, Şimali Koreya, İran, Belarus və Zimbabveyə dikir.
Prezidentin niyyətləri alqışalayiqdir, amma onları həyata keçirmək üçün o, ilk növbədə İraqdakı işləri lazımınca başa çatdırmalıdır.