Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Dünya Bankı elektrik enerjisinin qiymətini qaldırmağı tövsiyə edir


Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir Dünya Bankı Azərbaycan hökumətinə 2005-ci ildə elektrik enerjisinə görə tarifləri qaldırmağı tövsiyə edir.



Bunu bankın Bakıda səfərdə olan Cənubi Qafqaz üzrə iqtisadçısı Kristian Peterson bildirib. Onun sözlərinə görə, keçən il hökumət qazın qiymətini qaldırıb, indi isə qazdan istehsal edilən elektrik enerjisinin növbəsi çatıb.



Cənab Peterson bankın elektrik enerjisinin qiymətinin nə qədər qaldırılmasına tərəfdar olduğunu açıqlamayıb, amma qeyd edib ki, bu məsələni yaxın həftələrdə hökumət nümayəndələriylə müzakirə edəcək.



Dünya Bankı təmsilçisinin sözlərinə görə, ümumilikdə onlar Azərbaycana tövsiyə edirlər ki, mənzil-kommunal təsərrüfatı sahəsində xidmətlərin qiymətləri mərhələli şəkildə artırılsın və qiymətlər həmin xidmətlərin maya dəyəri səviyyəsinə çatdırılsın.



“Əks halda, həmin sektorlara sərmayələrin qoyulması mümkün olmayacaq” – deyə Kristian Peterson əlavə edib.
XS
SM
MD
LG