Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:50

Azərbaycanın Qusar rayonunda torpaq sürüşməsi baş verib


torpaq sürüşməsinin uzunlugu 500 metrdi
torpaq sürüşməsinin uzunlugu 500 metrdi
Azərbaycanın Qusar rayonunda torpaq sürüşməsi baş verib

Torpaq sürüşməsinə əraziyə yağmış qarın əriməsi səbəb olub. Əraziyə su yığılması torpaq sürüşməsi və 2-2,5 metr dərinliyində çatlaq əmələ gəlməsi ilə nəticələnib


Ötən gecə Azərbaycanın Qusar rayonunun Urva kəndi ərazisində torpaq sürüşməsi baş verib. Bu barədə APA-nın şimal bürosuna Qusar rayon İcra Hakimiyyətindən məlumat verilib.
Torpaq sürüşməsinə əraziyə yağmış qarın əriməsi səbəb olub. Əraziyə su yığılması torpaq sürüşməsi və 2-2,5 metr dərinliyində çatlaq əmələ gəlməsi ilə nəticələnib.

ANS-in bölgə müxbirinin məlumatına görə, torpaq sürüşməsinin uzunluğu 500, eni isə 150-200, bəzi yerlərdə isə 300 metrə çatıb.
Sürüşmə nəticəsində kənddə iki evin divarları uçub, üç kənd sakininin həyətyani sahəsindəki yardımçı binalar da zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qusar rayon İcra Hakimiyyətində fəaliyyət göstərən fövqəladə hallar komissiyasının üzvləri artıq hadisə yerinə baxış keçiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG