Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:16

Müxalifət seçkiyə vahid siyahıyla gedə biləcəkmi?


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Müsavat, ADP və AXCP-nin İslahatçılar tərəfi seçkiyə vahid siyahıyla getmək haqqında ilkin razılıq əldə ediblər. Bu razılaşmanı şərh edən Müsavat başqanı İsa Qəmbər deyir ki, demokratik qüvvələrin birliyi cəmiyyətin də, istəkləri sırasına daxildir və avtoritar rejimlərlə mübarizədə çox məqsədə uyğundur. İsa Qəmbər hesab edir ki, bu birləşmə müxalifət üçün vahid prinsiplərin müəyyən edilməsi və məqsədə çatmaq baxımından səmərəli ola bilər. Onun sözlərinə görə, demokratik qüvvələr əvvəlki seçkilər ərəfəsində də oxşar təşəbbüslərlə çıxış ediblər. Bu təşəbbüslərdən uğurluları-uğursuzları da olub. Ancaq indi hesab edir ki, bu dəfə daha uğurlu bir variant seçib onun üzərində dayanacaqlar. AXCP İslahatçılarının lideri Əli Kərimli isə hesab edir ki, bu birləşmə ölkə daxilində parlament seçkilərinə diqqəti artıracaq. Sonuncu prezident seçkisindən sonra ümüdsüzləşmiş əhali hakimiyyətə alternativ qüvvə görəcək ki, bu da yenidən seçkiyə inamı bərpa edəcək.

Əli Kərimlinin sözlərinə görə, Azərbaycan cəmiyyətində alternativ qüvvə görən beynəlxalq təşkilatlar da hakimiyyətlə birtərəfli əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaqlar. Bütünlükdə isə bu müxalifət üçün insan resuslarının, maddi, texniki imkanların birləşdirilməsi olacaq. Nəticədə hakimiyyətin seçkini saxtalaşdırmaq imkanı xeyli məhdudlaşacaq. Azərbaycan Demokrat partiyasının baş katibi Akif Şahbazov isə hesab edir ki, əslində müxalifətin indi birləşməkdən başqa yolu yoxdur. Çünki heç bir müxalifət partiyasının təklikdə hakimiyyətə gəlmək üçün kifayyət qədər gücü yoxdur. Başqa tərəfdən isə bu birləşməni qonşu ölkələrin təcürbəsi və dünyada baş verən proseslər də diqtə edir.

Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə yada salır ki, əvvəllərdə seçki ərəfəsində müxalifət qüvvələri birgə fəaliyyət haqqında bəyanatlar veriblər, sənədlər imzalayıblar. Ancaq sonradan hər bir partiya özü istədiyi kimi fəaliyyət göstərib. Onların məqsədi seçkidə ayrılıqda daha çox yer əldə etmək olub. Odur ki, şəxsən o belə təşəbbüslərə o qədər də ciddi yanaşmır.Aydın Mirzəzadənin sözlərinə görə, müxalifət qüvvələri sözdə yox əməldə birləşsələr belə bu onlara elə bir uğur gətirməyəcək. Onların hamsının birlikdə gücü Yeni Azərbaycan partiyasının bir rayon şöbəsinin gücünə bərabərdir.

Aydın Mirzəzadinin sözlərinə görə müxalifət bununla hansısa beynəlxalq təşkilatın diqqətini cəlb edə bilər. Ancaq onları Azərbaycan xalqı müdafiə etməyəck. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin əməkdaşı Pərviz Əhmədov isə hesab edir ki, əgər qarşıya qoyulan şərtlərə axıra qədər əməl edilərsə və bu birlik tək siyahının müəyyən edilməsində yox həmdə bütün istiqamətlərdə özünü göstərərsə hansısa nəticə əldə etmək olar. Ən əsası isə Azərbaycanda siyasi münasibətlər dəyişməlidir.

Pərviz Məmmədov yada salır ki, hələ 1995-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi partiyası və Müsavat seçkiyə vahid siyahıyla getmək niyyətindəydi. Ancaq hakimiyyət Müsavatı seçkiyə buraxmadığından Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiyə tək getdi. 2000-ci il parlament seçkiləri ərəfəsində də oxşar vəziyyət yarandı. Onda hətta vahid siyahı da müəyyən edilmişdi. Ancaq hakimiyyət əvvəl Xalq Cəbhəsinin, sonra da Müsavatın topladığı imzalara şübhəylə yanaşdığından bu dəfə də birlik baş tutmadı. Sonradan bu birlik parlamenti tanımamaqda da özünü göstərmədi.

Pərviz Əhəmdov qeyd edir ki, 2000-ci ildə yalnız Azərbaycan Xalq Cəbhəsi partiyası islahatçılar tərəfindən olan millət vəkilləri parlamentə getdilər. Nəhayət 2003-cü il prezident seçkisi ərəfəsində də vahid namizəd məsələsi gündəliyə gəldi. Hətta bununla bağlı Müsavat, AMİ
XS
SM
MD
LG