Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Bakıda çoxmərtəbəli yolların tikintisinə başlanacaq


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib. Bu məqsədlə Azərbaycana Almaniya, Böyük Britaniya və Sinqapurdan mütəxəssislər də dəvət edilib. Yanvarın 19-da Sinqapurun baş memarının Bakıya gəlişi gözlənilir.



Mer tikinti işlərinə may ayından başlanacağını bildirib. Onun sözlərinə görə, bu vaxta qədər layihələr hazırlanacaq. Həmin layihələrə əsasən, bir, iki və hətta üçmərtəbəli yolların tikilməsi, yeraltı dayanacaqların qurulması və yolların genişləndirilməsi nəzərdə tutulur.



Bakı meri onu da deyib ki, real işlərə dövlət başçısının razılığından sonra başlanacaq.



"Trend" informasiya agentliyinin məlumatına görə, yeraltı keçid, körpü və tunellər 3-cü mikrorayon dairəsində, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişdiyi yerdə, Sabunçu, Əzizbəyov, 20 Yanvar dairələrində, eləcə də bəzi mərkəzi küçələrdə tikiləcək.
XS
SM
MD
LG