Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

"Qarabağ müharibəsinin itkin düşmüş əsgərləri" sənədli filmi qalmaqala səbəb olub


Səs: Real audio
Dağıdıcı sunami asiyalıların balığa olan iştahını öldürüb Yanvarın 9-u və 11-də Hollandiyanın Amsterdam və Haaqa şəhərlərində rejissor Suzanna Kroqerin çəkdiyi "Qarabağ müharibəsinin itkin düşmüş əsgərləri" adlı sənədli film nümayiş etdirilib.



Filmin nümayişində iştirak edən Hollandiyadakı və Belçikadan dəvət olunmuş Azərbaycan diasporunun nümayəndələri bu filmi birmənalı qarşılamayıblar. Filmin ermənipərəst olduğunu deyənlər və kəskin etirazını bildirənlər də olub, bəzi məqamlar istisna olmaqla filmi müsbət qarşılayanlar da.



Kinorejissor Suzanna Kroqer bu filmin yaradılmasının məqsədləri barədə bunları bildirdi:



"Mən Dağlıq Qarabağ və müharibənin tarixi haqqında film çəkməmişəm. Əslində, bu, Ermənistan və Azərbaycanın humanitar problemləri barədə filmdir.



Bu baxımdan, mən ermənilərin mövqeyini müdafiə etmirəm. Mən yalnız onların və azərbaycanlıların kədərini göstərmək istəyirdim, övladlarını axtaran adi adamların kədərini".



Suzanna Kroqer deyir ki, bu layihə ilə əlaqədar üç ay müddətində regionda qalıb və Helsinki Vətəndaş Assambleyasının yerli bölmələrinin köməyi ilə müharibədə itkin düşmüş əsgərlərin valideynləri ilə görüşüb.



Hollandiyalı kinorejissorun yaratdığı filmlə əlaqədar geniş söhbətə şənbə günü efirə çıxacaq "Qlobus" verilişində qulaq asa bilərsiniz.
XS
SM
MD
LG