Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Azərbaycana təbii qazın nəqli bərpa olundu


Səs: Real audio
“Diplomatik əlaqələrin bərpası ABŞ-ın İran siyasətində köklü dəyişiklik etməsi demək olacaq” Yanvarın 11-i səhər saat 10-dan etibarən Rusiyanın «Qazeksport» şirkəti Azərbaycana təbii qazın verilməsini bərpa edib. Bu barədə «Azəriqaz» Səhmdar Cəmiyyətinin sədr müavini Nazim Səmədzadə məlumat verib.



Amma bu o demək deyil ki, «qaz gəldi» xəbərindən dərhal sonra vətəndaşlar qaz piltələrini işə sala biləcəklər. Bunun üçün ilk növbədə qaz kəməri mavi yanacaqla tam dolmalıdır. Nazim Səmədzadənin sözlərinə görə, borulardakı qazın təzyiqi də yavaş-yavaş artırılacaq.



Nazim Səmədzadə rayonlara qaz verilməsi barədə qərarın isə yanvarın 12-də axşam veriləcəyini bildirir.



Rusiyadan Azərbaycana qazın verilməsi bu il yanvarın 1-dən kəsilmişdi. Qazı Türkmənistandan alıb Azərbaycana satan Rusiya bildirirdi ki, bunun səbəbi Türkmənistanın öz qazını əvvəlki qiymətə satmaq istəməməsidir. Halbuki ekspertlər hüquqi baxımdan bunun Rusiyayla Azərbaycan arasında bağlanmış müqaviləyə aidiyyəti olmadığını deyirlər.



Bu ildən Azərbaycan Rusiyadan qazı əvvəlkinə nisbətən 8 dollar baha - min kubmetri 60 dollardan alacaq. Qaz kəsilməzdən əvvəl isə Azərbaycan yeni qiymətlə razılaşmırdı.
XS
SM
MD
LG