Səs: Real audio
Seçkilərə monitorinqdə əsas rolu BMT oynamalıdır --"Qardian"
Demokratiya başqalarının fikirlərinə dözümlülüyə əsaslanır. Həm solçular, həm də sağçılar bu prinsiplə razılaşırlar. Amma təəssüf ki, Kiyevdə bu, o qədər də gözə çarpmır.
Viktor Yuşenkonun tərəfdarları hökumət binalarını dövrəyə alır və Yuşenkonun rəqibi Yanukoviçin əleyhinə əllərindən gələni edirlər. “Düzdür, onların lideri prezident seçkisini udub, bəs, onların guya müdafiə etdikləri konstitusion prosedurlara hörmət hardadır?”
90-cı illərin “humanitar müdaxilə”sində olduğu kimi “seçki müdaxiləsi” də ciddi şəkildə müzakirə olunmalıdır. Niyə Qərb ölkələri seçkilərdə qərəzsiz mövqe tutmaq əvəzinə həmişə bir tərəfi müdafiə edir? Niyə ancaq müəyyən ölkələr seçilir? Niyə məsələn, Gürcüstan, amma Azərbaycan yox.
Bu məsələdə əsas rolu Birləşmiş Millətlər Təşkilatı oynamalıdır. Bütün nöqsanlarına baxmayaraq o, obyektivliyi ilə tanınan yeganə beynəlxalq institutdur. Məgər bütün dünyada düzgün seçki təcrübəsinin tətbiqi tapşırığını BMT-yə həvalə etmək olmazdımı? Amma sual Qərbin özünün nəzarəti olmadığı halda BMT-nin seçki monitorinqinə pul ayırıb-ayırmayacağıdır.
--"Los Anceles Tayms"
2004-cü ilin ən ümidverici hadisələrindən biri ilin son bazar günü Ukraynada baş verib.
“Narıncı inqilab”ın qələbəsi “demokratiyanı kənardan zorla qəbul etdirmək olmaz” müddəasının əsassızlığını üzə çıxarıb. Düzdür, zorla demokratiya olmaz, amma kənar qüvvələr möhkəm əqidəli demokratlara daxili maneələri aşmağa kömək edə bilər”.
Odur ki, “biz Ukrayna təcrübəsindən başqa ölkələrdə də istifadə etməliyik..”. Bu cür dəyişiklikliyə növbəti aşkar namizəd İrandır. Amma İran tələbələri dəfələrlə etiraz nümayişlərinə çıxsalar, İran mühacirləri isə Los-Angelesdən ölkələrinə verilişlər yayımlasalarda da, ABŞ hökuməti bundan kənarda durur. Hərçənd ki, İran Qərbə Ukraynadan daha böyük təhlükədir. “Öz terror arsenalına nüvə silahını da əlavə etmək istəyən dini fanatikləri devirməkdən böyük prioritet ola bilməz”.
“İranda demokratiya? Doğruya oxşamır. Amma axı bir neçə həftə əvvəl Ukraynada demokratiya da həqiqətə oxşamırdı”.
--"Vaşinqton Tayms"
Gürcüstanda “qızılgül inqilabı” özüylə təkcə siyasi dəyişikliklər gətirməyib, həm də ölkəni vaxtilə tərk etmiş insanların qayıtmasının başlanğıcını qoyub.
Gürcüstan on ildən çoxdur “beyin axını”ndan əziyyət çəkib. “Kvali” özəl tədqiqat təşkilatının hesablamalarına görə, Sovet İttifaqının dağılmasından sonrakı hərcmərclik illərində Gürcüstanı bir milyon adam tərk edib. Bu, ölkə əhalisinin beşdə biri deməkdir.
Amerika mətbuatına müsahibələrindən birində prezident Mixail Saakaşvili kədərlə Afina Olimpiadasında Gürcüstanın cəmi iki qızıl medal qazandığını qeyd etmişdi. Daha üç qızılı isə Gürcüstanda doğulan, amma başqa ölkələri təmsil edən idmançılar qazanıblar.
“Əgər mən bu istedadlı insanları geriyə qaytara bilsəm, bundan Gürcüstan çox şey udacaq”—deyə Saakaşvili bildirdi.
Bu istiqamətdə artıq müəyyən nailiyyətlər vardır. İndiki xarici işlər naziri Salome Zurabişvili hələ keçən il Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışırdı. Onun birinci müavini Nik Tabatadze vətənə qayıtmazdan əvvəl Nyu-Yorkda hüquqşünas işləyib.
Xaricdəki Gürcüstan diasporunun üzvləri vətənlərinə qayıdaraq artıq banklara, restoran şəbəkələrinə və digər iri müəssisələrə rəhbərlik edirlər.