Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:18

537 min adamın maaşı artırılacaq


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər 2004-cü ilin son günləri qaldırılan minimal əmək haqqı və pensiyalar hamıya şamil olunmayacaq. Dekabrın 29 prezidentin fərmanı ilə minimum əməkhaqqı və təqaüdlər 25 faiz artırılaraq, 125 min manata çatdırılıb. Bundan əlavə, bütün müavinətlərin aşağı həddi də 125 min manat müəyyənləşdirilib. 3-cü qrup əlillər üçün bu məbləğ bir qədər az – 65 min manatdır.

Düzdür bəzi müavinətlər əvvəlki kimi qalacaq. Əlillərə, qaçqınlara və məcburi köçkünlərə verilən kommunal, nəqliyyat və digər xidmətlər əvəzinə verilən müavinətlər artmayıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, kimin maaşının nə qədər olacağını müəyyənləşdirən yeni vahid tarif cədvəli hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Nazirliyin əməkdaşı Tünzalə Rafiqqızı tarif cədvəlinin bu günlərdə təsdiq olunacağını deyir. Bəs artım kimlər üçün nəzərdə tutulub? Tünzalə Rafiqqızının sözlərinə görə, əmək haqqı artımı təhsil, səhiyyə sistemində, meşə və kənd təssərüfatında, gənclər və idman sahəsində çalışanlara aid ediləcək. Bundan əlavə, maaşları artırılanlar sosial təminat sahəsində və hüquq mühafizə orqanlarında işləyən amma rütbəsi olmayan şəxlər olacaq. Dövlət qulluqçularının və rütbəsi olanlar son artımdan kənarda qalacaq.

İqtisadçı –ekspert Rəsmiyyə Əşrəfova isə bu dəfəki artımın əsas nəticəsini qiymət artımında görür. Onun sözlərinə görə, hər dəfə əmək haqqı və təqaüdlər artanda - qiymətlər və inflyasiya da artır. Qiymətlərin qalxması isə maaş artımının təsirini sıfıra endirir.

Prezident fərmanında aprelin 1-dən pensiyaların yenidən hesablanması və artırılması nəzərdə tutulur. artırılmış maaş və pensiyaları yanvar ayının sonlarında alanların sayı isə rəsmi məlumata görə, 537 min nəfər olacaq. Minimum 125 min manat olan müavinətlər isə 550 min nəfərə veriləcək. Bu ilin büdcəsində əmək haqqı fondu üçün təxminən 2 trilyon 900 mlrd.manat nəzərdə tutulub. Bu da 2004-cü illə müqayisədə 27 faiz çoxdur.
XS
SM
MD
LG