Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:13

Son illər ərzində dünya azərbaycanlıları həmrəy ola bildilərmi?


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər - Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etdilər,

- Son illər ərzində dünya azərbaycanlıları həmrəy ola bildilərmi?

- Bugünkü Qlobusda mən, Türkiyədə fəaliyyət göstərən azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə tanışlığı davam etdirəcəyəm.



Sizinlə Qlobus verilişində görüşürük. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan və onların təşkilatlanmasından danışırıq.

Bugünkü Qlobusda:



- Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etdilər.

- Son illər ərzində dünya azərbaycanlıları həmrəy ola bildilərmi ?



Bugünkü Qlobusda mən, həm də Türkiyədə fəaliyyət göstərən azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə tanışlığı davam etdirəcəyəm.



Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etdilər.

Belə bir tədbirlərdən biri Norveçin Oslo şəhərində keçirildi.

Norveçdəki Xəzəryanar Cəmiyyətinin sədri, Təbrizli Məmmədrza bizə zəng edib toplantı haqqında məlumat verərək dedi ki, tədbir canlı müsiqi, uşaq kollektivlərinin çıxışı ilə müşayiət olundu, toplantıya Avropanın digər ölkələrindən də azərbaycanlılar qatıldılar.



Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunması barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsinin rəhbəri İlqar Hacıyev bizə danışdı:



Yanvarın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik gününü Berlində fəaliyyət göstərən Odlar Yurdu cəmiyyəti də qeyd elədi. Cəmiyyətin sədri Cəfər Cəfərzadə Həmrəylik gününün mənasını belə görür.



Qlobusun əvvəlki buraxılışlarında mən sizi Türkiyənin Manisa və İzmir şəhərlərində yaradılan Azərbaycan diaspor təşkilatları barədə danışmışdım. Bugünkü buraxılışda Türkiyədəki cəmiyyətlərlə tanışlığı davam etdirirəm və bugünkü Qlobusun qonağı İdqır şəhərindəki İqdır Azərbaycan Kültür və Dayanışma mərkəzinin sədri Vəli Təbərlidir. Bu mərkəz 6 ay əvvəl yaradılıb. Mərkəzin qarşısında duran vəzifələr barədə Vəli bəy bunları söylədi.

Və sonda daha bir xəbər.

Dekabrın 25-də Moskvanın Nekrasov adına kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, Ocaq cəmiyyətinin sədri, filologiya elmlər namizədi, professor Tofiq Məliklinin yaradıcılıq gecəsi keçirildi. Tofiq bəy 30-a yaxın kitabın müəllifidir.

Tofiq bəyin yaradıcılığı barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu bizə danışdı :



Bu günə bu qədər. Siz Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Gələn həftədən Qlobus verilişi həftənin şənbə günləri efirə çıxacaq.
XS
SM
MD
LG