Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:22
Rubrikalar

Bu həftənin qonağı cərrah Adil Qeybulladlr...


Səs: Real audio
İslam Kərimov sakitcə tennisini oynaya bilər Dekabrın 28–də Nərimanov Rayon Polis İdarəsinin pasport şöbəsində polislə mübahisədən sonra xəstəxanaya düşən «Yeni Müsavat» qəzetinin fotomüxbiri Alim Kazımovun vəziyyəti ağır olaraq qalır.



Qəzetin baş redaktorunun müavini Qabil Abbasoğlu bildirir ki, Alim Kazımov hələ də reanimasiya şöbəsindədir və həkimlər onun vəziyyəti barədə ümidverici bir məlumat vermirlər.



«Həkimlər deyir ki, hələlik bu barədə heç nə demək mümkün deyil. Alim Kazımovun vəziyyətinin necə olacağı yaxın 3-4 gündə bilinəcək. Ancaq vəziyyəti sabit ağır olaraq qalır».



«Yeni Müsavat» qəzetindən verilən ilkin məlumatda fotomüxbir Alim Kazımovun rolis şöbəsində döyüldükdən sonra insult keçirdiyi bildirilirdi.



Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə dekabrın 29–da verdiyi açıqlamada Alim Kazımovun döyülməsi barədə məlumatları təkzib edir.



«Həmin şöbənin rəisi deyir ki, orada Alim Kazımovun döyülməsi üçün heç bir səbəb olmayıb. O, heç kimi təhqir etməyib. Sadəcə Kazımov şöbədə yaranmış növbə ilə bağlı hay–küy salıb qəzetə verəcəyini deyib. Rəis onu sakitləşdirərkən həyəcandan və ya əsəbdən halı xarablaşıb. Həkimlər gəlib onu xəstəxanaya aparıblar».



Dekabrın 30–da Sərhədsiz Reportyorlar Təşkilatı məsələni araşdırmaq üçün daxili işlər nazirinə müraciət edib.



Eyni xahişlə nazirə müraciət edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, o, dekabrın 30–da DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla görüşüb. Cənab Gözəlov bildirib ki, fotomüxbirin hansı şəraitdə xəstəxanaya düşdüyü barədə araşdırmalar nazir Ramil Usubovun nəzarətindədir.



Cənab Əliyev nazirliyin məsələyə ciddi reaksiyasını müsbət hal kimi dəyərləndirir.



Arif Əliyev əlavə edir ki, xəstəxanaya düşmüş Alim Kazımovun müalicəsi üçün yardıma ehtiyac var. Çünki ailəsinin hazırkı maddi vəziyyəti müalicəni tam aparmağa imkan vermir. İşlədiyi «Yeni Müsavat» qəzeti və jurnalist təşkilatlarının maddi yardımı da müalicə üçün yetərli deyil.



Yanvarın 1–dən isə maliyyə çətinliklərinə görə «Yeni Müsavat» qəzeti çapını dayandırır.
XS
SM
MD
LG