Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:56

Aydın Mirzəzadə: «2 aylıq cəza ağır cəzadır»


YAP təmsilçisi deyir ki, bugünkü Azərbaycan mətbuatında qəzetlərin bir xüsusiyyəti çatışmır
YAP təmsilçisi deyir ki, bugünkü Azərbaycan mətbuatında qəzetlərin bir xüsusiyyəti çatışmır
«Çox təəssüflənirəm ki, qəzetin baş redaktorunun ali təhsilli olması məsələsinə belə yüngül yanaşılır. Ali təhsil doğrudan da heç nədirsə, gəlin, ali məktəblərimizi bağlayaq. Sadəcə, tanınmış insanların yanında bir kurs keçək və işi bitirək. Ali təhsil ən əsası məsuliyyət məsələsidir».

Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə KİV haqqında qanuna bu günlərdə edilmiş dəyişikliyi tənqid edənlərə cavab verərəkən «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib.

O, nəşrlərin baş redaktorlarının mütləq jurnalist təhsilli insanlar olmasını da vacib sayır:

«Növbəti mərhələdə biz məsələni daha konkret qoymalıyıq ki, ixtisaslaşmış nəşrlər istisna olmaqla, qəzetlərin baş redaktorları mütləq jurnalist təhsilli insanlar olmalıdır. Bu gün redaktorların çox az hissəsi ali təhsilli jurnalistlərdir. Məgər bundan mətbuatımız udurmu?»

YAP-çı deputatın sözlərinə görə, bir qəzetin bağlanması Azərbaycan mətbuatında boşluq yaratmayacaq:

«Qanunda nəşrin 2 aya qədər fəaliyyətinin dayandırılmasından söhbət gedir. Və ancaq məhkəmə qərarından sonra. O fikirlə razı deyiləm ki, bir qəzetin bağlanması ilə Azərbaycan mətbuatında boşluq yaranacaq. Qəzetlər arasında ciddi rəqabət var».

YAP təmsilçisi deyir ki, bugünkü Azərbaycan mətbuatında qəzetlərin bir xüsusiyyəti çatışmır:

«Səhvə yol verdikdə üzr istəmirlər, bu mədəniyyət mətbuatımıza xas deyil. Bunu hamısına aid edirəm. Təkzib yazsa da, qəzetin digər səhifəsində həmin təkzibi heçə endirən başqa bir material çap edir. Lakin mən razılaşıram ki, 2 ay çox ağır cəzadır. Mümkündür ki, sonrakı polemikalarda bu müddət dəyişdirilə bilər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG