Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Klinton və Lavrov Cenevrədə görüşəcəklər


Martın 6-ı Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov Cenevrədə ABŞ dövlət katibi Hillari Klinotnla görüşəcək. Görüşdə Əfqanıstanda sabitlik, Rusiyanın İranla əməkdaşlığı və silahlara nəzarət məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

Bundan bir gün əvvəl isə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri və Klinton NATO-nun Rusiya ilə olan rəsmi əlaqələrinin yenilənməsi razılığına gəliblər.

Bu əlaqələr 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstan ərazisinə daxil olmasından sonra gərginləşmişdi.

ABŞ dövlət katibi Rusiyanı İrana uzaq mənzilli raketləri göndərməkdən çəkindiriəcəyini deyib. Onun sözlərinə görə bu həm Rusiya, həm də Avropa üçün təhlükədir.
XS
SM
MD
LG