ABŞ Dövlət Katibi Hillari Klinton martın 5-də bildirib ki, prezident Obama martın 31-dən aprelin 5-ə qədər Avropaya səfər edəcək. Onun sözlərinə görə prezidentin səfəri Londondan – inkişaf etmiş 20 ölkənin sammitində iştirakla başlayacaq.
Barak Obama Fransada, Almaniyada NATO liderləri ilə görüşəcək, Çex Respublikasının paytaxtı Praqada isə Avropa Birliyi ilə ABŞ arasında münasibətlərə dair danışıqlar aparacaq.
Prezident Obama ayrıca Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkellə görüşəcək.