Millət vəkillərinin də korrupsiyaya qurşanması mümkündür. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov deyir. Onun özlərinə görə, hələ 2004-cü ildə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qəbul edilərkən, korrupsiya cinayətinin subyektləri sırasında millət vəkilləri də göstərilib:
«Həmin vaxt həmkarlarımızdan biri soruşmuşdu ki, axı millət vəkilinin hansı səlahiyyəti mövcuddur ki, o, korrupsiyaya qurşansın? Amma xarici ölkələrin təcrübəsi də onu göstərir ki, əslində bu, mümkün olur. Qanunsuz lobbiçiliklə bağlı qanunlar da bir sıra ölkələrdə təsadüfən qəbul olunmayıb».
Komissiya sədri deyir ki, korrupsiya qarşı mübarizə ilə əlaqədar qanun layihələri ekspertizadan keçirilməlidir:
«Bizim bu sahədəki qanunvericilik prosesinin çatışmayan cəhəti ondan ibarətdir ki, hələ də bu ekspertiza elementini sistemləşdirə bilməmişik».
Əli Hüseynovun fikrincə, parlamentin nəzdində bütövlükdə hüquqi ekspertiza bölməsinin yaradılması məqsədəuyğundur.
Beynəlxalq təşkilatların Azərbaycana dair hesabatlarında dəfələrlə göstərilib ki, ölkənin icra strukturlarında, məhkəmə və polis sistemində korrupsiya halları geniş yayılıb.