Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Mahal İsmayıloğlunun məhkəməsi martın 17-nə təyin edilib


M.İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb
M.İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb
«Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlunun məhkəməsi Abşeron rayon Məhkəməsində martın 17-i səhər saat 11.00-a təyin edilib. Həmin gün iş üzrə hazırlıq iclası keçiriləcək.

Bu baradə «Turan»a jurnalistin özü məlumat verib.

M.İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb.

Xadimə jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir. M.İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə, cəzalandırmaq istəyirlər.

M.İsmayıloğlu müxalifyönlü «Yeni Müsavat» qəzetində köşə yazıları ilə çıxış edir.

Əgər iddia məhkəmədə təsdiqini taparsa, jurnalisti 3 ildən 7 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG