Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:18

Miqrasiya proseslərinə də «bir pəncərə» tətbiq olunacaq


İyul ayının 1-dən miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» sistemi tətbiq olunacaq. Bu haqda prezident İlham Əliyevin imzaladığı fərmanda deyilir.

Sənədə əsasən, bu proses Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həyata keçiriləcək.

Bu məqsədlə DMX-ya əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda yaşamaları, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazənin verilməsi, sənədlərin qəbulu, müvəqqəti və daimi yaşayış üçün icazənin verilməsi, yaşayış yeri üzrə qeydiyyata alınması, müvafiq vəsiqələrin verilməsi və s. vəzifələr həvalə olunub.

DMX vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün müraciətlərinə 20 gün ərzində baxmalı və müvafiq qərar qəbul etməlidir.
XS
SM
MD
LG