Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:02

Enn Ders: «Biz dövlətlərarası razılaşma təklif etmişik»


Səfir deyir ki, bu məsələnin Azərbaycan qanunvericiliyinin predmeti olduğunu anlayırlar
Səfir deyir ki, bu məsələnin Azərbaycan qanunvericiliyinin predmeti olduğunu anlayırlar
ABŞ səfiri Enn Ders ANS TV-yə Dövlət Departamentinin bu günlərdə yayılmış hesabatına dair müsahibə verib. Səfir müsahibəsində xarici radiostansiyaların Azərbaycanda yayımının dayandırılması məsələsinə də toxunub. Xanım Dersin sözlərinə görə, xarici radiostansiyaların FM tezliklərində yayımının dayandırılması alternativ məlumat mənbəyini itirmiş Azərbaycan xalqının böyük bir hissəsinə mənfi təsir göstərib:

«Əksər azərbaycanlılar mənə öz ümidlərini ifadə etdilər ki, həmin radioların yenidən FM dalğalarında və «Amerikanın Səsi»nin Azərbaycan Televiziyasında yayımının bərpa edilməsi üçün hökumətlə razılıq əldə etmək bizə müyəssər olacaq».

Səfir deyir ki, bu məsələnin Azərbaycan qanunvericiliyinin predmeti olduğunu anlayırlar:

«Qanunun aliliyini üstün tutan bir ölkə kimi ABŞ Azərbaycan qanunlarına tam riayət etmək istəyir. Ona görə də, biz ikitərəfli dövlətlərarası razılaşma təklif etmişik. Ümidvarıq ki, bu razılaşma sözügedən radiostansiyaların yayım dalğalarına qayıda bilməsi üçün problemin həllində əsas rolunu oynayacaq».

«Azadlıq», «Amerikanın Səsi» və BBC radiolarının Azərbaycanda FM tezliklərində yayımı bu il yanvarın 1-dən dayandırılıb.

ABŞ Dövlət Departamentinin bu günlərdə yayılmış hesabatında Azərbaycan hakimiyyəti tənqid olunub.
XS
SM
MD
LG