Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 22:02

«Milli Teleradio Şurasının mövqeyi qanuna uyğundur»


«Türkiyə ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər»
«Türkiyə ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər»
«Xarici radiostansiyalarla bağlı Milli Teleradio Şurasının mövqeyi tam qanuna uyğundur»-, bunu dekabrın 18-də Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
O, bildirib ki, mövcud qanuna görə Azərbaycanın milli televiziya və radio resursları yalnız ölkə daxilində vətəndaşlar tərəfindən istifadə oluna bilər:

«Xarici dövlətlərə bu resursların verilməsi isə qanuna ziddir. Amma bu o demək deyildir ki, bu televiziya və radiolar Azərbaycanda fəaliyyətlərini dayandıracaqlar. Bunun üçün başqa yollar da var. Məsələn, biz Türkiyə dövləti ilə dövlətlərarası müqavilə əsasında qarşılıqlı yayım təcrübəsinə malikik. Bu tipli digər addımlar da ola bilər. Hazırda MTRŞ-nin fəaliyyəti ona yönəlib ki, Azərbaycanda bu sahədə qanunçuluğu bərpa etsin».

MTRŞ bəyan edib ki, Azərbaycanda fəaliyyət göstərən xarici radioların – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin yerli tezlikdə yayımlanması qanuna uyğun deyil. Şura bu məsələni dekabrın 25-də keçiriləcək iclasında müzakirə edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG