Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

CPJ: «İdrak Abbasovun məsələsi araşdırılsın»


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi İdrak Abbasova təzyiqləri pisləyib
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi İdrak Abbasova təzyiqləri pisləyib
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi jurnalist İdrak Abbasovun fevralın 20-də Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində saxlanması və dindirilməsini pisləyib. Qurum Azərbaycan hökumətini hadisənin dərhal araşdırılmağa çağırıb.

İdrak Abbasov jurnalist araşdırması aparmaq məqsədilə Naxçıvanda olarkən muxtar respublikanın MTN-də saxlanılıb və təzyiqə məruz qalıb. Təhlükəsizlik zabitlərindən biri jurnalisti Naxçıvandakı həmkarları və əlaqələri haqda sorğu-sual edib və Ermənistanın xeyrinə casusluqda ittiham edib. Ondan regionu dərhal tərk etməyi və bir daha Naxçıvana gəlməməyi tələb ediblər.

“Biz Naxçıvan MTN-in jurnalisti müsahibə vermək adı ilə aldatmağını pisləyirik və ölkənin mərkəzi hakimiyyətini bu hadisəni araşdırmağa və təqsirli şəxsləri cəzalandırmağa çağırırıq”, JMK-nin proqram direktoru Nina Oqnyanova belə deyib.

İdrak Abbasov hazırda Respublika Xəstəxanasının kardiologiya şöbəsində müalicə alır. O, fevralın 25-də Azadlıq radiosuna bildirib ki, özünü normal hiss eləyir, ancaq həkimlər hələ ki, ona müalicəsini xəstəxana şəraitində davam elətdirməyi məsləhət görüblər.

İdrak Abbasov Naxçıvan MTN-də üzləşdiyi təzyiqlərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət eləmək niyyətində deyil. O, bu cür şikayətlərin nəticəsiz qaldığını əsas gətirir.

Mətbuat Şurasından isə bir neçə gündü ki, həkim nəzarətində olan İdrak Abbasova zəng eləyən və ya xəstəxanada ona baş çəkən olmayıb. Amma Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuata bildirib ki, İdrak Abbasovla bağlı hadisə onların diqqətindədir.
İdrak Abbasov fevralın 18-20-də Naxçıvanda referenduma hazırlıq işini, insan haqlarının vəziyyətini araşdırarkən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə aparılıb və orada təzyiqlərə məruz qalıb. Jurnalistdən muxtar respublikanı tərk etməsi tələb olunub. Bakıya qayıdandan sonra İ.Abbasovun səhhəti pisləşib
XS
SM
MD
LG