Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 17:34

Naxçıvanda təzyiq olunan jurnalist hazırda müalicə olunur


Qardaşı Raman Abbasov: «İdrakın vəziyyəti yaxşı deyil, pisdir»
Qardaşı Raman Abbasov: «İdrakın vəziyyəti yaxşı deyil, pisdir»
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun və «Ayna» - «Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasov Naxçıvanda təzyiqlərə məruz qalandan sonra hazırda Respublika Xəstəxanasının kardiologiya şöbəsində müalicə olunur.

Qardaşı Raman Abbasovun verdiyi məlumata görə, indi ona iynələr vurulur, gününü daha çox yatmaqla keçirir, vəziyyəti isə elə də yaxşı deyil.
«İdrakın vəziyyəti yaxşı deyil, pisdir. İynələr vururlar, bir az ağırdır».

İdrak Abbasov fevralın 18-20-də Naxçıvanda olub. O burada referenduma hazırlıq, insan haqlarının vəziyyətiylə bağlı araşdırma aparıb.

Fevralın 20-də isə o görüş adıyla çağırıldığı Naxçıvan Milli Təhlükəsizlik Nazirliyində 2 saat sorğu-suala çəkilib, psixoloji təzyiqlər və təhqirlərlə üzləşəndən sonra Muxtar Respublikanı tərk etməsi tələb olunub.
XS
SM
MD
LG