Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Obama: «Birləşmiş Ştatlar əvvəlkindən də güclü olacaq»


Obama həmçinin bildirib ki, onun administrasiyası «yeni öhdəliklər erasına» başlayıb
Obama həmçinin bildirib ki, onun administrasiyası «yeni öhdəliklər erasına» başlayıb
ABŞ prezidenti Barak Obama ölkə iqtisadiyyatını dirçəldəcəyini deyir.

O bu haqda ABŞ Konqresinin birgə iclasındakı nitqi zamanı bildirib. Bu yanvarda öz vəzifəsinin icrasına başlayan Obamanın parlamentarilər qarşısında ilk çıxışıdır.

Obama həmçinin bildirib ki, onun administrasiyası «yeni öhdəliklər erasına» başlayıb. O, maliyyə böhranının Amerikanı zəiflətdiyini etiraf edib və bildirib ki, illərlə verilən səhv iqtisadi qərarlara görə indi ölkə «qiymətləndirmə mərhələsini» yaşayır. ABŞ prezidenti deyib ki, iqtisadiyyatı dirçəltmə proqramı artıq həyata keçirilir və o, ABŞ-ın əvvəlkindən daha güclü ölkə olacağına inanır.

«Mən istəyirəm ki, hər bir amerikalı bunu bilsin: biz yenidən dirçələcəyik, biz özümüzə qayıdacağıq və Birləşmiş Ştatlar əvvəlkindən də güclü olacaq». Prezidentin bu sözləri alqışlarla qarşılanıb.

Hazırda Amerikada istehlakçıların inam indeksi 1967-ci ildəki səviyyəsindən də aşağıdır. Ekspertlər bu azalmanı amerikalıların öz gələcəklərinə narahatlıqlarının artması ilə izah edirlər. Təxminən 48% amerikalı hesab edir ki, yeni iş tapmaq olduqca çətindir. Rəyi soruşulanların cəmi 7,6% inanır ki, əmək haqlarının artacağını gözləyirlər.
XS
SM
MD
LG