Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 18:48

Amerika Əfqanıstana əlavə qoşun göndərir

Obama hesab edir ki, Əfqanıstana indiyəcən lazım olan strateji diqqət ayrılmayıb
Obama hesab edir ki, Əfqanıstana indiyəcən lazım olan strateji diqqət ayrılmayıb
Barak Obama Əfqanıstana daha 17 min qoşun göndərmək planını təsdiqləyib. Ağ Evin bəyanatında deyilir ki, prezident Obama hərbçilərin artırılmasının Əfqanıstandakı pis vəziyyətin sabitləşdirmək üçün vacib olduğunu bildirib.

Amerika prezidenti hesab edir ki, Əfqanıstana indiyəcən lazım olan strateji diqqət ayrılmayıb.

Yaz aylarında Amerika Əfqanıstana 8 minə yaxın dəniz piyada hissələri göndəriləcək. Daha sonra onlara ordu hissələri də qoşulacaq.

Hazırda Əfqanıstanda 35 mindən artıq Amerika hərbçisi var.
XS
SM
MD
LG