Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:21

«Xalq qəzeti» təkzib verəcək


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası (MSK) «Respublikaçı» təşviqat qrupunun «Xalq qəzeti»nə qarşı şikayətini araşdırıb və təmin edib. Bu barədə qərar komissiyanın fevralın 24-də keçirilən iclasında açıqlanıb.

«Xalq qəzeti» «Respublikaçı» təşviqat qrupunun referendumla bağlı təşviqat materialını təhrif edib, materialın başlığını dəyişdirib.
Bununla bağlı MSK-ya Müsavat partiyasının seçki departamentinin rəhbəri Gülağa Aslanlı şikayət edib.

MSK hesab edir ki, şikayət haqlıdır.

«Xalq qəzeti» isə bunu texniki səhv kimi dəyərləndirib.

MSK-nın qərarına görə rəsmi qəzet təkzib verəcək.

«Respublikaçı» təşviqat qrupunun materialı «Xalq qəzeti»nin 20 fevral tarixli sayında dərc olunub.

Amma digər rəsmi qəzetlər təşviqat materialını heç bir dəyişiklik aparmadan olduğu kimi yerləşdiriblər.
XS
SM
MD
LG