Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Pakistanın yüksək səviyyəli rəsmisi sərbəst buraxılıb


Pakistanın yüksək səviyyəli rəsmisi və onun altı cangüdəni iki taliban yaraqlısının qarşılığında sərbəst buraxılıblar.

Bu barədə Taliban sözçüsü Müslim Xan məlumat verib. O, Pakistan hökumətinin üçüncü yaraqlını da azadlığa buraxacağına vəd verdiyini deyib.

Pakistan rəsmiləri də təsdiqləyiblər ki, Xuşhal Xan və onun cangüdənləri gecə saatlarında sərbəst buraxılıblar, ancaq yaraqlıların dəyişdirilməsi ilə bağlı hər hansı şərh verməkdən imtina ediblər.

Taliban Svat dərəsində hökumətlə atəşkəslə bağlı danışıqlar aparır. Ancaq Qərb ölkələri ehtiyat edir ki, bu cür razılaşma İslamçı yaraqlılar üçün regionda əlverişli şərait yarada bilər.
XS
SM
MD
LG