Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 14:55

Hillari Klinton Çini daha yaxından əməkdaşlığa çağırıb


Birləşmiş Ştatların Dövlət Katibi Hillari Klinton Çini daha yaxından əməkdaşlığa çağırıb.

O, Pekində çinli həmkarıyla görüşdükdən sonra bildirib ki, Vaşinqtonla Pekin qlobal istiləşmə, maliyyə böhranı və Şimali Koreyadan gələn təhlükənin qarşısının alınması da daxil olmaqla xeyli problemin həllində əməkdaşlıq eləməlidilər.

Hillari Klinton həmçinin görüşdən əvvəl deyib ki, insan haqları sahəsində Çinə edilən təzyiqlər ikitərəfli münasibətlərin inkişafına mane olmamalıdır.

Çin Hillari Klintonun Asiya ölkələrinə səfərində sonuncu məntəqədir.
XS
SM
MD
LG