Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:35

Day.az bağlanıb


Day.az-ın Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisi
Day.az-ın Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisi
Fevralın 19-da günün birinci yarısında Day.az saytında yerləşdirilən elanda qeyd edilirdi ki, layihə fəaliyyətini dayandırır. Günün sonunda isə elan dəyişib. Səhifəyə daxil olanlara bu elan verilir: "Texniki səbəblərə görə sayt müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Day.az fevralın 25-də geri qayıdacaq".

Gün ərzində portal haqqında ziddiyətli xəbərlər daxil olurdu. "Azadlıq" radiosunun müxbiri ilə söhbətdə saytın əməkdaşları bağlanmaya səbəb kimi texniki problemi göstərməmişdilər.

Portalın Bakı şəhəri Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisində iş dayanıb.

Saytın yerləşdiyi ofisə baş çəkən əməkdaşımıza özünü redaktor Slavik kimi təqdim edən Yaroslav Osintsev bunları deyirdi: «Hə, day.az radiosunu da bağladılar, internet səhifəsini də. Mən saytın redaktoruyam. Vallah bilmirəm səbəb nə idi. Bu dünyada o qədər səbəb var ki...
Hamı gedib. İndi ofisdə tək mənəm. Niyə bağlayıblar, kim bağlayıb, bu barədə heç bir şey deyə bilmərəm. Günorta, nahar vaxtı dedilər ki, bağlandı, vəssalam…»

Saytın daimi oxucularından olan Erkin Qədirli deyir ki, bir həftədən sonra işini bərpa edəcək saytın həmin day.az olacağına inanmır. «Ola bilsin ki, bir həftədən sonra sayt açılsın. Amma bu tamamilə fərqli bir sayt olacaq».

Portalın əməkdaşı redaksiyada foto çəkiliş aparılmasına da icazə verməyib. Redaktorun dediyinə görə, ona rəhbərlikdən belə bir tapşırıq verilib.

XS
SM
MD
LG