Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Timsah 5 yaşlı öğlanı yeyib


Avstraliyada itkin düşən 5 yaşlı oğlanın qalıqları nəhəng bir timsahın qarnında aşkar edilib.

4,5 metr uzunluğunda olan bu timsah ötən həftə ölkənin şimal-şərqində baş verən daşqından sonra tutulmuşdu.

Fevralın 17-də Quensland polisi espertiza nəticələrinə əsaslanaraq təsdiq edib ki, timsahın mədəsində aşkar edilən insan qalıqları itkin düşən 5 yaşlı Ceremi Doblenindir

Bu haqda xəbər verən The Australian yazır ki, Ceremi fevralın 8-də qardaşı ilə birlikdə çay kənarında oynayarkən itkin düşmüşdü. Onun timsah hücumüna məruz qaldığı ehtimal olunurdu.
XS
SM
MD
LG