Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:42

2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 39,4 faiz artıb


2008-ci ildə Azərbaycana 1 milyon 898.939 nəfər xarici ölkə vətəndaşları gəlib. Onların 1 milyon 408.988 nəfəri Azərbaycana turist kimi, qalanları isə təhsil almaq, işləmək və digər məqsədlərlə gəlib.

2007-ci illə müqayisədə ölkəyə ümumi gələnlərin sayı 42,5 faiz, turistlərin sayı isə 39,4 faiz artıb. Bu barədə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev fevralın 17-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycana gələcək turistlərin sayının 15-18 faiz çoxalacağı gözlənilir:

«Biz hesab edirik ki, yaxın illərdə turistlərin sayı 3 milyon nəfərə çatacaq».

Nazir bildirib ki, 2008-ci ildə Azərbaycana Qırğızıstan, Belarus, Ukrayna, İran, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Almaniya, Avstriya, Bolqarıstan, Bosniya və Herseqovina, İtaliya, Lüksemburq, Slovakiya, Makedoniya, Hindistan, Fillipin, Avstraliya, Amerika, CAR, Misir, Mərakeş, Kanada, Kolumbiya və başqa ölkələrdən gələn turistlərin sayı artıb.

Əbülfəs Qarayev həmçinin 2008-ci ildə 52 turist müəssisəsinin istifadəyə verildiyini bildirib.

/Turan/
XS
SM
MD
LG