Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 03:24

Beş cəzaçəkmə müəssisəsinin rəisi vəzifədən kənarlaşdırılıb


3, 6, 11, 14 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifələrdən azad olunublar
3, 6, 11, 14 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifələrdən azad olunublar
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzdində olan beş cəzaçəkmə müəssisəsinin rəisi tutduqları vəzifədən kənarlaşdırılıb.

Bu haqda «Azadlıq» radiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə işdə yol verdiyi kobud nöqsanlara görə, 3, 6, 11, 14 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisləri tutduqları vəzifələrdən azad olunublar.

15 saylı cəzaçəkmə müəssisəsinin rəisi Yusif Allahyarov və həmin müəssisənin əməliyyat şöbəsinin rəhbəri Tofiq Aslanov isə birdəfəlik ədliyyə orqanlarından xaric ediliblər.
XS
SM
MD
LG