Son bir ildə Azərbaycanda qiymətlər orta hesabla 11.9 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında ərzaq malları 1 faiz, qeyri-ərzaq malları isə 0.3 faiz ucuzlaşıb. Hesabat dövründə xidmət tarifləri dəyişməz qalıb. Yanvar ayında əsas tələbat mallarından heç birinin qiyməti artmayıb.
Ən çox ucuzlaşan isə ət məhsulları, meyvə və çörək olub. Adıçəkilən məhsulların qiyməti orta hesabla 1.5 faiz azalıb. Rəsmi məlumatlara əsasən, bu dövrdə inşaat materialları 1 faiz ucuzlaşıb.
Son 10 ildə ilk dəfədir ki, yanvar ayında deflyasiya qeydə alınır.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev «ANS»ə bildirib ki, belə getsə, 2009-cu ildə inflyasiya hökumət üçün problem yaratmayacaq. O, bu il birrəqəmli inflyasiya proqnozlaşdırır:
«Dünyada qlobal qiymət azalması bundan sonra da davam etsə, illik qiymət artımının yox, azalmasının şahidi ola bilərik».
Son 11 ildə Azərbaycanda ən yüksək inflyasiya 2008-ci ildə qeydə alınıb – 20.8 faiz.