Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 01:43

ABŞ Azərbaycan radiolarına Amerikada FM təklif edir


Xanım Ders onu da bildirib ki, hökumətlə danışıqlar ümidvericidir
Xanım Ders onu da bildirib ki, hökumətlə danışıqlar ümidvericidir
Birləşmiş Ştatlar xarici radiolarla bağlı Azərbaycan hökumətinə saziş layihəsi təklif edib. Bu barədə jurnalistlərə fevralın 11-də Amerikanın Azərbaycandakı səfiri Enn Ders məlumat verib.

Diplomat deyir ki, Beynəlxalq Yayım Şurası xarici radioların milli tezlikdə yayımını bərpa etmək üçün Azərbaycan hökuməti ilə danışıqlar aparır.
«Sazişdə təklif olunur ki, Azərbaycan radioları Amerikada istənilən dalğada – FM, qısa və orta dalğalarda yayımlana bilər. Biz çox məmnun olarıq ki, Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar bu radioları dinləsinlər».

Xanım Ders onu da bildirib ki, hökumətlə danışıqlar ümidvericidir.

Bu ildən Milli Teleradio Şurası Azərbaycanda fəaliyyət göstərən üç xarici radiostansiya – «Azadlıq», «Amerikanın səsi» BBC-nin milli tezlikdə yayımını dayandırıb. Şura hesab edir ki, xarici radiolarının yerli tezlikdə yayımlanması qanuna ziddir.

Beynəlxalq təşkilatlar Azərbaycan hökumətinin bu addımını fikir plüralizminə zərbə kimi qiymətləndiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG