Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 15:46

Çirkli pulların «yuyulması»na qarşı mübarizə haqqında qanun qəbul edilib


Milli Məclisin fevralın 9-dakı iclasında deputatlar üçüncü oxunuşda «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanun layihəsini qəbul ediblər.

Bu qanunun qəbulu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən biri idi.

Qanun terrorçuluğun maliyyələşdirilməsinin və pulların «yuyulması»nın aşkar edilməsi və qarşısının alınması üzrə hüquqi mexanizm yaradılmasına şərait yaratmalıdır.

Sənəd həmçinin maliyyə kəşfiyyatı orqanının yaradılmasını nəzərdə tutur, lakin o, istintaq funksiyalarına malik olmayacaq.

Qanun cinayət yolu ilə əldə edilmiş və ya terrorçuluğun maliyyələşdirilməsinə yönəldilmiş ola biləcək gəlirlərin monitorinqinin aparılmasını nəzərdə tutur.

Bank sirri və ya qanunla müdafiə olunan başqa sirrin monitorinqi nəzərdə tutulmur.

Həmçinin maliyyə monitorinqi orqanının yaradılması da nəzərdə tutulur. Bu orqanın səlahiyyətləri müvafiq yerli icra hakimiyyəti orqanının üzərinə qoyulacaq.

/Turan/
XS
SM
MD
LG