Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Aysel Teymurzadə «Avroviziya 2009»da Araşın «Həmişə»sini oxuyacaq


«Avroviziya 2009»da Azərbaycanı təmsil edəcək Aysel Teymurzadənin ifa edəcəyi mahnı bəlli olub. O hazırda ABŞ-da yaşayan Araşın «Həmişə» («Always») mahnısını oxuyacaq.

Yeddi nəfərdən ibarət münsüflər heyəti - İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev – 30 namizəd arasından «Həmişə»yə üstünlük verib.

«Avroviziya 2009»un internet saytı xəbər verir ki, Araş Azərbaycanın elan etdiyi müsabiqə haqqında internetdən oxuyub və uzun müddət üzərində işlədiyi bu mahnını bir gecəyə bitirib:
«Mən bu mahnını məhz Aysel üçün yazmışam. İnternet saytlarında Ayselin şəklini görəndən sonra başa düşdüm ki, bir gecəyə yekunlaşdırdığım mahnını məhz o ifa etməlidir».

Araş bəstələdiyi mahnıdan əmin olduğunu və səs çoxluğu qazanacağına əminliyini ifa edib.

«Media forum»
XS
SM
MD
LG