Prezident Corc Buş Enn Dörsini ABŞ-ın Azərbaycanda yeni səfiri təyin etmək niyyətindədir
Səfirliyin mətbuat xidmətinin məlumatına görə, Enn Dörsi karyera diplomatıdır. Bu yaxınlara kimi Ağ Evdə Daxili İşlər Təhlükəsizlik Şurasında direktor vəzifəsində çalışıb.
Bundan öncə ABŞ-ın Bağdaddakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir, Amerikanın Avropa Birliyindəki missiyasında çalışıb.
Enn Dörsi Makalester Kollecində bakalavr, Con Hopkins Universitetində magistr dərəcələri alıb.
Prezidentin təklifindən sonra namizəd ABŞ Konqresi tərəfindən təsdiq olunmalıdır