Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:23

Məhkəmə gəncin kor edilməsi hökmünü qüvvədə saxladı


İran məhkəməsi «gözə göz qaydası» ilə çıxarılan hökmü qüvvədə saxlayıb.
Ona ərə getməkdən imtina edən qızın üzünə turşu töküb, onu kor edən 27 yaşlı Məcid adlı gəncin indi özünü kor edəcəklər.

İranın Ali Məhkəməsi məhbusun apellyasiya şikayətini rədd edərək qərar verib ki, noyabrda çıxarılmış məhkəmə hökmü ədalətlidir, qanunidir və icra olunmalıdır.

Noyabrdakı məhkəmə qərarına görə, Məcidin hər gözünə 10 damcı sulfat turşusu tökülməlidir.
XS
SM
MD
LG