Kabilin ətrafında koalisiya qüvvələrinə hücum edilib. «Röyter»in məlumatına görə, təkcə intiharçının özü ölüb, üç nəfər dinc sakin isə yaralanıb.
Hücuma görə, cavabdehliyi talibançılar üzərlərinə götürüb.
Yanvarın 31-də isə ölkənin cənubunda yerləşən Qəndəhar şəhərində minanın partlaması nəticəsində Kanadanın bir əsgəri həlak olub.
Kanada indiyədək Əfqanıstanda 108 əsgər itirib.