Keçid linkləri

Təcili xəbərlər
2020, 01 İyun, Bazar ertəsi, Bakı vaxtı 09:59

İncəsənət Gimnaziyasına bomba qoyulması haqda məlumatı 7-ci sinif şagirdi veribmiş


Bakıda İncəsənət Gimnaziyasına bomba qoyulması haqda yalan məlumat verən şəxsin kimliyi müəyyən olunub. Yasamal rayon Polis İdarəsindən bildiriblər ki, bu elə həmin gimnaziyanın 7-ci sinif şagirdidir. Polis saxlanılan şəxsin azyaşlı olduğunu nəzərə alaraq, onun adını açıqlamır.

Yanvarın 29-da İncəsənət Gimnaziyasının 2-ci korpusunda bomba olması barədə Yasamal Rayon Polis İdarəsinə anonim zəng daxil olub. Dərsdə olan 800 şagird binadan çıxarılsa da, gimnaziyadan heç bir partlayıcı tapılmayıb.
XS
SM
MD
LG