Keçid linkləri

2026, 15 Mart, bazar, Bakı vaxtı 08:43

Fələstinlilərə yardım üçün 613 milyon dollara ehtiyac var

Qəzza sektorunda İsrailin hücumuna məruz qalan fələstinlilərə yardım üçün 613 milyon dollara ehtiyac var. BMT belə müraciət edib.
İsveçrənin Davos şəhərində keçirilən ümumdünya iqtisadi forumunda iştirak edən BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, İsrail də daxil olmaqla beynəlxalq aləm Qəzzanın bərpasında iştirak etməlidir.
BMT-nin qiymətləndirməsinə görə, İsrailin üç həftəlik hərbi əməliyyatı nəticəsində Qəzzada 21 min ev ya tamamilə dağıdılıb, ya da yararsız hala salınıb.
XS
SM
MD
LG