Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Lənkəranda 1990-cı ildə həlak olanlar anılıb


Bu gün Lənkəranda 26 yanvar 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların anım mərasimi keçirilib. Rayon rəhbərləri, müxalifət partiyalarının yerli nümayəndələri, tələbələr, məktəblilər və digər şəxslər həlak olanların məzarlarına baş çəkiblər, qəbirlərin üstünə gül-çiçək dəstələri qoyublar.
26 yanvar 1990-ci ildə iki mindən çox sovet hərbçisi Lənkəran şəhərinə girərək əhalini atəşə tutub. Hadisələrin iştirakçısı olan Lənkəran rayon sakini Zakir Əliyev deyir ki, bu, Bakıda törədilən 20 yanvar qırğınının davamı idi.
Həmin gün Lənkəranda altı nəfər qətlə yetirilib. Həlak olanlardan beşi Lənkəranda, biri isə Bakıda dəfn edilib. 100 dinc sakinsə həbs edilib. Həbs edilənlərin yarıdan çoxu Rusiyanın Ulyanovsk şəhərinə aparılıb. Onlar altı aydan sonra sərbəst buraxılıblar.
Sovet qoşunları həmin gün həmçinin Neftçala rayonunda da iki nəfəri qətlə yetiriblər.
XS
SM
MD
LG