Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:13

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın notasına cavab verdi


Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistana 800 milyon dollar dəyərində silah-sursatın ötürülməsi barədə Azərbaycan Xarici İşlər Nazirliyinin notasına rəsmi cavab verib.
Rusiya XİN-in internet səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, cavab notası Azərbaycanın Moskvadakı səfirliyinə təqdim edilib.
Cavab notasında Rusiyanın Xarici İşlər Nazirliyi yanvarın 8-də «Media forum» saytında yerləşdirilmiş sənədin dezinformasiya olduğunu və açıq-aşkar anti-Rusiya xarakteri daşıdığını, Rusiya-Azərbaycan dostluq münasibətlərinin pozitiv inkişafına uyğun gəlmədiyini vurğulayır.
Nazirlik bildirir ki, Rusiya Müdafiə Nazirliyi 2008-ci ildə Ermənistan tərəfinə Azərbaycan cəmiyyətində və kütləvi informasiya vasitələrində geniş neqativ rezonans doğurmuş hansısa sənəddə göstərilən həddə və çeşiddə silah və hərbi texnika verməyib və satmayıb.
Cavab notasında qeyd olunur ki, beləliklə, Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 15-də verdiyi notada qaldırılan məsələ bitib:
«Rusiya tərəfi inanır ki, gələcəkdə bu və ya digər narahatlıq yarandıqda tərəflər tələsik nəticələr çıxarmayacaq və addımlar atmayacaq, mümkün şübhələri birlikdə həll edəcəklər».
«Media forum»
XS
SM
MD
LG