Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:45
Avropa Birliyinin Xarici işlər komissarı Benito Ferrero Valdner Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla xarici radioların FM tezliyinin alınmasını müzakirə edib.
«Xarici işlər naziri Elmar Məmmədyarov mənə dedi ki, Azərbaycan xarici radiolarla bağlı dialoqa hazırdır». Bunu Avropa Birliyinin Xarici işlər komissarı Benito Ferrero Valdner Bakıda səfərdə olanda jurnalistlərə deyib:

«Əlbəttə biz bu məsələni nazirlə müzakirə etmişik. Nazir Elmar Məmmədyarov dedi ki, Avropa Şurasının da təsdiq etdiyi qanunvericiliyə gərə, yayımla bağlı burada bəzi texniki maneələr var. Biz bu məsələni müzakirə etdik və məncə, nazir də qəbul etdi ki, Azərbaycanla razılaşma əldə etmək üçün dialoq baş tuta bilər. Ümidvaram ki, bu qəbul edilə biləcək razılaşma olacaq».

Milli Teleradio Şurası yerli qanunvericiliyə zidd olduğunu əsas gətirərək Azərbaycanda fəaliyyət göstərən üç xarici radiostansiyasını – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG