Keçid linkləri

Təcili xəbərlər
2023, 09 Dekabr, şənbə, Bakı vaxtı 15:50

Rusiya Avropaya qaz nəqlini bərpa edib


Yanvarın 20-də Rusiya Ukrayna ərazisi ilə Avropaya qaz nəqlini bərpa edib. Slovakiya bildirib ki, artıq qaz almağa başlayıb.
Rusiya qaz müqaviləsi və köhnə borclarla bağlı mübahisəyə görə yanvarın 1-dən Ukraynaya verdiyi qazı kəsmişdi. Bundan sonra Ukrayna vasitəsilə Avropaya gedən qazı da dayandırdı.

Yanvarın 19-da isə Moskva ilə Kiyev 10 illik qaz müqaviləsi imzalanıb.

«Qazprom» bildirib ki, yeni müqaviləyə görə, qazın min kubmetrini bu il Ukraynaya 360 dollara satacaqlar:

Amma bundan əvvəl Ukraynanın baş naziri Yuliya Timoşenko Rusiya qazını 230 dollardan almağa ümid etdiklərini deyirdi.
XS
SM
MD
LG